Qazaxıstanda PUA partlayıb
Region
- 23 oktyabr, 2025
- 13:31
Qazaxıstanın qərbində naməlum mənşəli pilotsuz uçuş aparatı (PUA) partlayıb.
"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, hadisə Burlin rayonunda baş verib, orada drona aid olduğu ehtimal edilən qalıqlar aşkarlanıb.
Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına görə, partlayış yaşayış zonalarından uzaqda, ucqar ərazidə baş verib. Xəsarət alan və maddi ziyan yoxdur.
"Qazaxıstan Respublikasının Müdafiə Nazirliyi hava məkanına nəzarətin gücləndirilməsi və hava obyektlərinin dövlət sərhədini icazəsiz keçməsinin qarşısının alınması üçün əlavə tədbirlər görüb", - məlumatda deyilir.
Hazırda hadisənin baş vermə şəraitini və pilotsuz uçuş aparatının mənşəyini müəyyənləşdirmək üçün yoxlamalar aparılır.
Son xəbərlər
05:22
Narkokartelin istifadə etdiyi gəmi Sakit okeanda batırılıb
Digər ölkələr04:49
"Betis" rəsmisi "Real" üzərində qələbəni layiqli hesab edib
Futbol04:16
İran ABŞ-ı Hörmüz boğazını tam blokadaya almaqla hədələyib
Region03:42
ABŞ hərbçiləri İranın 94 kommersiya gəmisinin istiqamətini dəyişib
Digər ölkələr03:17
Şahzadə Harri və Meqan Markl Britaniyaya qayıtdıqdan sonra kral ailəsini təmsil etməyəcəklər
Digər ölkələr02:56
Azərbaycanın tanınmış rejissoru vəfat edib
İncəsənət02:44
"Fiorentina" Paolo Vanolini baş məşqçi vəzifəsinə qaytarıb
Futbol02:16
Meşə yanğınlarının tüstüsü hər il təxminən 100 min insanın ölümünə səbəb olub
Ekologiya01:50