Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
"Report" Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyə Prezidentinin xahişi ilə Vladimir Putin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə Qarabağla bağlı Bəyanatın imzalanmasının ildönümünə həsr olunmuş üçtərəfli görüşünün əsas nəticələri barədə məlumat verib.
Danışıqlar zamanı qeyd edilib ki, Bakı və İrəvanın regionda sabitliyin təmin edilməsi kontekstində qarşılıqlı fəaliyyətə, habelə iki dövlət arasında sərhədin delimitasiyası və demarkasiyası mexanizmlərinin yaradılmasına hazırlığının təsdiqlənməsi vacibdir.
Bundan əlavə, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı praktiki məsələlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.
R.T.Ərdoğan Rusiyanın vasitəçilik rolunun vacibliyini qeyd edərək, səylərin gələcək koordinasiyasının, o cümlədən atəşkəs rejiminə və münaqişə zonasında bütün hərbi əməliyyatlara nəzarət etmək üçün Rusiya-Türkiyə mərkəzinin imkanlarından istifadə edilməsinin tərəfdarı olduğunu bildirib.
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Danışıqlarda Türkiyə-Rusiya münasibətlərinin inkişafı müzakirə edilib.
Həmçinin liderlər Azərbaycan-Ermənistan münasibətləri, Suriya, Liviya və Ukraynadakı vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.