ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Rusiyanı bioloji silah hazırlamaqda ittiham edib.
“Report” xarici mediaya istinadən xəbər verir ki, Pentaqon bioloji təhlükələrdən qorunmağın vəziyyəti barədə hesabat hazırlayıb. Hesabatda bildirilir ki, Rusiya və Şimali Koreya aktiv şəkildə bioloji hücum silahlarının hazırlanması üzrə proqramları dəstəkləyirlər.
Hesabatda qeyd olunur ki, Çin, Rusiya, Şimali Koreya və İran ölümcül toksinlər və patogenlər yaratmağa davam edir. "Həm sintetik biologiya, həm də peptid sintezi sahəsində irəliləyişlər dövlətlərə geniş çeşiddə yeni toksinlər hazırlamağa imkan verəcək", - deyə hesabatda vurğulanır.
Rusiya da öz növbəsində ABŞ-ni bioloji silah hazırlamaqda ittiham edir. Avqustun 16-da Rusiya silahlı qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov ABŞ-nin yeni pandemiyaya hazırlaşdığını bildirib.