NATO-nun Baş katibi: "Leopard 2" tankları Ukraynanın qalib gəlməsinə kömək edə bilər"

Region
  • 25 yanvar, 2023
  • 12:31
NATO-nun Baş katibi: Leopard 2 tankları Ukraynanın qalib gəlməsinə kömək edə bilər
Yens Stoltenberq

“Almaniya digər NATO müttəfiqləri və tərəfdaşları ilə məsləhətləşərək Ukraynaya "Leopard 2" tankları göndərir”.

“Report” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq tviterdə yazıb.

“Rusiya ilə müharibənin kritik anında həmin tanklar Ukraynaya özünü müdafiə etməyə, müstəqil dövlət kimi qalib gəlməyə kömək edə bilər”, - o bildirib.

Qeyd edək ki, bu gün Almaniya hökuməti Ukraynaya “Leopard 2” tanklarının göndəriləcəyini təsdiqləyib.