Mərkəzi Asiya ölkəsində koronavirusa yoluxanların sayı 900-ə çatır
- 07 may, 2020
- 05:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Qırğız Respublikasında ötən sutkada 24 nəfərə koronavirus diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Mərkəzi Asiya ölkəsində qeydə alınan yoluxma hallarının sayı 895-ə yüksəlib.
Qırğız Respublikasında indiyədək 12 nəfər COVID-19-un qurbanı olub. 637 nəfər isə virusdan sağalaraq xəstəxanalardan evə buraxılıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,8 milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 265 mindən çoxu isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.