Marneulidə iki Azərbaycan vətəndaşı dələduzluq ittihamı ilə saxlanılıb
- 29 dekabr, 2025
- 11:14
Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsinin Marneuli Rayon Bölməsinin əməkdaşları dələduzluq ittihamı ilə iki Azərbaycan vətəndaşını saxlayıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, məlumata görə, 1987-ci il təvəllüdlü A.M. və 1983-cü il təvəllüdlü İ.M. Marneuli bələdiyyəsi ərazisində yaşayan vətəndaşa məxsus qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçiriblər.
Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində hər iki şəxs saxlanılaraq istintaqa cəlb olunub. Faktla bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsi üzrə araşdırma aparılır.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 180-ci maddəsinin 1-ci hissəsi ilə təqsirləndirilən şəxsləri 4 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.
İstintaq tədbirləri davam etdirilir.