KTMT-nin Baş katibi: Ermənistan təşkilatda fəaliyyət dairəsini xeyli azaldıb

KTMT-nin Baş katibi: Ermənistan təşkilatda fəaliyyət dairəsini xeyli azaldıb Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü kimi fəaliyyət dairəsini xeyli azaldıb.
Region
16 Aprel , 2024 16:24
KTMT-nin Baş katibi: Ermənistan təşkilatda fəaliyyət dairəsini xeyli azaldıb

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü kimi fəaliyyət dairəsini xeyli azaldıb.

"Report"un Rusiya bürosunun məlumatına görə, bunu KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov “NEWS.ru” saytına müsahibəsində deyib.

“Ermənistanın KTMT-yə üzvlüyü ilə bağlı “dondurulma” anlayışı təşkilatın sənədlərində öz əksini tapmayıb, ona görə də mövcud vəziyyətlə bağlı bundan istifadə etməyəcəyik. İrəvan həqiqətən də təşkilatın üzvü kimi fəaliyyət dairəsini əhəmiyyətli dərəcədə azaldıb, lakin buna baxmayaraq, üzvlüyünü davam etdirir. Katibliyin gündəliyinə daxil olan bütün məsələlər işçi qaydada müzakirə olunur. Bu məsələyə aydınlıq gətirilməsi, ilk növbədə, düzgün planlaşdırma üçün təşkilatın bütün iştirakçıları üçün faydalı olardı”, - o bildirib.

İ.Tasmaqambetov qeyd edib ki, analitiklər Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək meylini qeyd edirlər: “Aydındır ki, belə risklər mövcuddur. Ona görə də region ölkələrinin siyasi rəhbərliyinin üzərinə, ilk növbədə, öz xalqları qarşısında böyük məsuliyyət düşür. KTMT Katibliyi də öz növbəsində dəfələrlə bildirildiyi kimi, təşkilatın məqsədlərinə, imzalanmış sənədlərə və səsləndirdiyi təşəbbüslərə uyğun olaraq regionda təhlükəsizliyin təmin edilməsi üçün problemləri həll etməyə həmişə hazırdır”.

Son xəbərlər

Orphus sistemi