Ermənistan “Su-30” qırıcılarının modernləşdirilməsi üçün Hindistanla danışıqlar aparır - YENİLƏNİB

Ermənistan “Su-30” qırıcılarının modernləşdirilməsi üçün Hindistanla danışıqlar aparır - YENİLƏNİB Ermənistan hökuməti Hindistan istehsalı olan raketlərin, o cümlədən uzaqmənzilli “Astra” raketlərinin alınması, eləcə də “Su-30” qırıcılarının təkmilləşdirilməsi ilə bağlı bu ölkəyə müraciət edib.
Region
14 Sentyabr , 2024 20:31
Ermənistan “Su-30” qırıcılarının modernləşdirilməsi üçün Hindistanla danışıqlar aparır - YENİLƏNİB

Ermənistan Hindistanın “Hindustan Aeronautics Limited” təyyarə istehsalı korporasiyası ilə arsenalında olan “Su-30” qırıcılarının modernləşdirilməsi ilə bağlı danışıqlar aparır.

“Report” xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Aviasiya İdarəsinin rəisi Ovannes Vardanyan məlumat verib.

O qeyd edib ki, o, artıq Hindistanın Müdafiə Qərargah rəisi general Anil Çauxan ilə mümkün əməkdaşlıq sahələrini müzakirə edib.

“Hindustan Times” qəzetinin adını açıqlamadığı Hindistan rəsmisi Ermənistanın “Su-30”un korporasiya tərəfindən modernləşdirilməsində maraqlı olduğunu təsdiqləyib:

“Bu məsələ ilə bağlı aparılan danışıqlar ilkin mərhələdədir. Ermənistanın arsenalında olan “Su-30” variantı Hindistan Hərbi Hava Qüvvələrindəki “Su-30MKI”dən fərqlidir”.

Qeyd edək ki, “Hindustan Aeronautics Limited” Rusiya lisenziyası əsasında Hindistanda Su-30MKI çoxməqsədli qırıcı təyyarələr istehsal edir.

18:40

Ermənistan hökuməti Hindistan istehsalı olan raketlərin, o cümlədən uzaqmənzilli “Astra” raketlərinin alınması, eləcə də “Su-30” qırıcılarının təkmilləşdirilməsi ilə bağlı bu ölkəyə müraciət edib.

"Report" xəbər verir ki, bu barədə Hindistanın "The Print" nəşri məlumat yayıb.

Bildirilib ki, danışıqlar hələ erkən mərhələdədir.

“Ermənistanın istifadə etdiyi “Su-30” qırıcıları Hindistanın istismarında olan qırıcılardan fərqlənir. Nə edilə biləcəyini diqqətlə öyrənmək lazımdır. Danışıqlar yeni başlayıb”, - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi