Ermənistanın İstintaq Komitəsi arxiyepiskop Arşak Xaçatryanın həbsi ilə bağlı vəsatət qaldırıb - YENİLƏNİB-2

Region
  • 04 dekabr, 2025
  • 21:15
Ermənistanın İstintaq Komitəsi arxiyepiskop Arşak Xaçatryanın həbsi ilə bağlı vəsatət qaldırıb - YENİLƏNİB-2

Ermənistan məhkəməsi cümə axşamı saxlanılmış arxiyepiskop Arşak Xaçatryanın həbsinə baxacaq.

Bu barədə "Report" yerli mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, bununla bağlı İstintaq Komitəsi vəsatət qaldırıb.

Arxiyepiskopun vəkili Arsen Babayanın verdiyi məlumata görə, Eçmiədzin dəftərxanasının rəhbəri Arşak Xaçatryan dekabrın 4-də saxlanılıb. Vəkil qeyd edib ki, müstəntiqlərin məlumatına görə, yepiskop 2018-ci ildə bütün ermənilərin katolikosu II Qareginin istefası tələbi ilə etiraz aksiyası keçirən fəalın çantasına narkotik maddə yerləşdirib.

İddialara görə, Xaçatryan bunu etirazçıları nüfuzdan salmaq üçün edib.

Hazırda məhkəməyəqədər həbsdə olanlar arxiyepiskop Baqrat Qalstanyan, Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Ajapaxyan və Araqatsotn yeparxiyasının rəhbəri, yepiskop Mkrtıç Proşyandır.

Eçmiədzin dəftərxanasının rəhbəri, arxiyepiskop Arşak Xaçatryan narkotik vasitələrin qanunsuz satışı şübhəsi ilə saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə "Armenia Today" portalına İstintaq Komitəsindən bildirilib.

İlkin istintaq çərçivəsində Ermənistan Cinayət Məcəlləsinin 393-cü maddəsinin 2-ci hissəsinin 1 və 4-cü bəndləri üzrə cinayət işi açılıb – narkotik vasitələrin əvvəlcədən əlbir olan şəxslər qrupu tərəfindən və ictimai yerdə qanunsuz satışı.

İrəvanda Eçmiədzin dəftərxanasının rəhbəri, arxiyepiskop Arşak Xaçatryan saxlanılıb.

"Report"un erməni KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə vəkil Arsen Babayan bildirib.

Hüquqşünasın sözlərinə görə, o, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən İstintaq Komitəsinin binasında saxlanılıb. Saxlanılmanın təfərrüatları və səbəbləri açıqlanmır.

Son xəbərlər

Bütün Xəbər Lenti