İranda yaşayış binasında partlayış olub, ölənlər var

Region
  • 06 mart, 2022
  • 07:32
İranda yaşayış binasında partlayış olub, ölənlər var

İranda yaşayış binasında partlayış olub.

"Report" xəbər verir ki, bu barədə "Mehr" xəbər agentliyi məlumat yayıb.

Hadisə nəticəsində azı 4 nəfər ölüb, 5 nəfər yaralanıb.

Partlayış ölkənin qərbindəki Lorestan əyalətində baş verib.

Agentliyin məlumatına görə, hadisə qaz sızması nəticəsində baş verib və təfərrüatları dəqiqləşdirilir.