İranda qatar qəzasında ölənlərin sayı 21-ə yüksəlib

İranda qatar qəzasında ölənlərin sayı 21-ə yüksəlib İranın şimal-şərqində yerləşən Tabas şəhərindən təxminən 50 km aralı Mazinou dəmiryol stansiyasında sərnişin qatarının relsdən çıxması nəticəsində azı 17 nəfər ölüb, 50-yə yaxın sərnişin yaralanıb.
Region
8 İyun , 2022 14:31
İranda qatar qəzasında ölənlərin sayı 21-ə yüksəlib

İranın şimal-şərqində yerləşən Tabas şəhərindən, təxminən, 50 km aralı Mazinou dəmiryol stansiyasında sərnişin qatarının relsdən çıxması nəticəsində ölənlərin sayı 21-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Qeyd edək ki, hadisə ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.

09:43

İranın şimal-şərqində yerləşən Tabas şəhərindən təxminən 50 km aralı Mazinou dəmiryol stansiyasında sərnişin qatarının relsdən çıxması nəticəsində azı 17 nəfər ölüb, 50-yə yaxın sərnişin yaralanıb.

“Report” “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İran Qırımızı Aypara Cəmiyyəti Cənubi Xorsan idarəsinin direktoru Müctəba Xaledi bildirib.

O yaralılardan 15-nin vəziyyətinin ağır olduğunu qeyd edib.

Hadisə nəticəsində ölənlərin və yaralananların sayının artacağı gözlənilir. Məlumata görə, hadisə zamanı qatarda 348 sərnişin olub.

Qəzanın səbəbi araşdırılır.

Son xəbərlər

Orphus sistemi