İranda etiraz aksiyaları səngimir, güney azərbaycanlı qadınlar hərbçilərə çağırış edib

İranda etiraz aksiyaları səngimir, güney azərbaycanlı qadınlar hərbçilərə çağırış edib Dünən, noyabr ayının 3-də İranın Urmiya, Təbriz, Tehran, Kərəc, Ekbatan, Rəşt, Qəzvin, Naziabad, Fuladşəhr, Fəsa (Fars əyalətində), Məşhəd və bir sıra digər şəhərlərində etiraz aksiyaları keçirilib.
Region
4 Noyabr , 2022 17:32
İranda etiraz aksiyaları səngimir, güney azərbaycanlı qadınlar hərbçilərə çağırış edib

Ötən gün İranın Urmiya, Təbriz, Tehran, Kərəc, Ekbatan, Rəşt, Qəzvin, Naziabad, Fuladşəhr, Fəsa (Fars əyalətində), Məşhəd və digər şəhərlərində növbəti etiraz aksiyaları keçirilib.

“Report” xəbər verir ki, bunu İran mətbuatı yazıb.

Bildirilib ki, nümayişlər zamanı “Xamenei İŞİD rəhbərinin yerinə keçib!”, “İŞİD, Bəsic birliyiniz mübarək!”, “Diktatora ölüm!”, “Abırsız sənsən, əxlaqsız sənsən, mən azad qadınam!”, “Nə şahçıyam, nə şeyxçi, millətçiyəm, millətçi” kimi şüarlar səsləndirilib.

Məlumata görə, İranda etirazçılar divarlara hökumət əleyhinə şüarlar yazır, dövlət işçiləri isə bunları silir. Bunu görən etirazçılar daha da qəzəblənir, küçələrə yeni şüarlar yazırlar. Onlar bildiriblər ki, hökumət şüarları silməklə heç nəyə nail ola bilməyəcək, küçələrə yeni şüarlar yazacaqlar.

Həmçinin Tehran Universitetinin Texniki fakültəsinin 100-dən çox professoru hökumət qoşunlarının ali məktəbə hücumunu pisləyib. Eyni zamanda, professorlar saxlanılan bütün tələbələrin azadlığa buraxılmasını xahiş ediblər.

Bundan başqa, güney azərbaycanlı qızlar İran əsgərlərinə çağırış ediblər: “Əsgər! Bu azad qadın sənin bacındır. Ona güllə atma, onu qoru! Heç olmasa, görməzdən gəl! Silahını bacına yox, zalıma tuşla!”

Son xəbərlər

Orphus sistemi