Həştərxanda beynəlxalq forumda Xəzər regionunun inkişaf prioritetləri müzakirə olunur

Həştərxanda beynəlxalq forumda Xəzər regionunun inkişaf prioritetləri müzakirə olunur Həştərxanda mayın 29-da işinə başlayan “Xəzər 2023: Dayanıqlı inkişaf yolları” III Beynəlxalq Elmi Forumunda yeni çağırışlar və imkanlar şəraitində elm və təhsilin inkişafı müzakirə olunur.
Region
29 May , 2023 12:04
Həştərxanda beynəlxalq forumda Xəzər regionunun inkişaf prioritetləri müzakirə olunur

Mayın 29-da Həştərxanda öz işinə başlayan “Xəzər 2023: Dayanıqlı inkişaf yolları” III Beynəlxalq Elmi Forumunda yeni çağırışlar və imkanlar şəraitində elm və təhsilin inkişafı müzakirə olunur.

“Report”un Həştərxana ezam olunmuş müxbirinin verdiyi məlumata görə, forumda Xəzər regionunun inkişafı imkanları və prioritetləri, regionun ekoloji problemləri və onların həlli yolları, ali təhsilin beynəlmiləlləşdirilməsi, Xəzər regionu ölkələrində mətbuat sahəsində təhsilin problemləri müzakirə olunur.

Həştərxan Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən forumun iştirakçıları mədəni, iqtisadi, ekoloji, hüquqi aspektlər də daxil olmaqla kompleks təhlükəsizlik problemlərini müzakirə edəcəklər.

Mayın 31-dək davam edəcək forumda Xəzəryanı ölkələrlə yanaşı, Mərkəzi Asiya ölkələrindən də ekspertlər iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi