Gürcüstanın hakim partiyası müxalifətlə razılaşma imzalayacaq

Gürcüstanın hakim partiyası müxalifətlə razılaşma imzalayacaq Sənədə imza bu gün ictimaiyyət qarşısında atılacaq
Region
16 Aprel , 2021 17:21
Gürcüstanın hakim partiyası müxalifətlə razılaşma imzalayacaq

Gürcüstanın hakim Gürcü Arzusu Partiyası müxalifətlə danışıqlarda vasitəçilik etmiş Avropa Şurası prezidentinin nümayəndəsi Kristian Danielsonun hazırladığı sənədi imzalayacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, sənədə imza bu gün ictimaiyyət qarşısında atılacaq.

Spiker deyib ki, sənəddə növbədənkənar seçkilərlə bağlı heç bir bənd yoxdur və bu da parlamentin legitimliyini bir daha sübut edir.

Qeyd edək ki, sənəd martın 31-də dərc olunub. “Gürcüstanın gələcək yolu” adlı sənəddə bildirilib ki, müxalifət növbəti seçkilərə qədər parlamentdə fəaliyyət göstərməyə razılaşacaq. İmzalanmadan bir həftə sonra 2019-cu ilin 19-21 iyun hadisələri zamanı həbs olunanların azadlığa buraxılmasını nəzərdə tutan amnistiya qanunu ilə bağlı təşəbbüs qaldırılacaq. Siyasi böhrandan çıxış məqsədilə hazırlanan razılaşmaya seçki və məhkəmə islahatları, parlamentdə hakimiyyət bölgüsü və bu ilin oktyabrında keçiriləcək yerli seçkilərlə bağlı təkliflər də daxil edilib.

Son xəbərlər

Orphus sistemi