Gürcüstandan 29 əcnəbi deportasiya edilib
Region
- 16 sentyabr, 2025
- 10:52
Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamenti və digər müvafiq bölmələrin sıx koordinasiyası nəticəsində ölkədən 29 xarici vətəndaş deportasiya edilib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, qurumun açıqlamasına əsasən, deportasiya edilən şəxslər Hindistan, Qana, Türkiyə, Nepal, Türkmənistan, İran, Pakistan və Latviya vətəndaşlarıdır.
Məlumatda vurğulanır ki, həyata keçirilən kompleks tədbirlər çərçivəsində bu şəxslər hüquqi əsas olmadan Gürcüstan ərazisində olduqları üçün ölkədən çıxarılıblar və mövcud qanunvericiliyə uyğun olaraq onlara ölkəyə yenidən daxilolma qadağası tətbiq olunub.
Rəsmi açıqlamada tədbirlərin davam etdirildiyi və miqrasiya proseslərinin qanunvericiliyə uyğun aparılacağı vurğulanır.
Son xəbərlər
14:02
Nepal və Çində daşqınlar nəticəsində ölənlərin sayı 760 nəfəri keçib – YENİLƏNİB
Digər ölkələr13:48
Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var
Hadisə13:35
İslandiyalıların yarıdan çoxu Aİ-yə qoşulmağa qarşı çıxıb
Digər ölkələr13:15
Hikmət Hacıyevdən itkin düşənlərlə bağlı paylaşım: Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var
Xarici siyasət13:09
Mərakeş millisinin futbolçusu Sofyan Amrabat "Ayaks"a keçib
Futbol12:57
Zelenski: Rusiyanın hücumu nəticəsində Buçada 38 nəfər ölüb, 4 insan itkin düşüb
Digər ölkələr12:35
Sabah Bakıda intensiv yağış yağacaq, bölgələrdə şimşək çaxacaq, dolu düşəcək
Ekologiya12:34
"Çelsi" Argentina millisinin qapıçısı Emiliano Martinesin transferini açıqlayıb
Futbol12:19