Gürcüstan Təhlükəsizlik Polisi dəmir yolu yüklərini və infrastrukturunu qoruyacaq

Region
  • 15 dekabr, 2025
  • 18:38
Gürcüstan Təhlükəsizlik Polisi dəmir yolu yüklərini və infrastrukturunu qoruyacaq

Gürcüstan Dəmir Yolunun istifadə etdiyi yüklər, dəmir yolu qurğuları və infrastrukturlarının mühafizəsi bundan sonra Gürcüstan Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Polisi İdarəsinin səlahiyyətinə veriləcək.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze açıqlayıb.

Onun sözlərinə görə, bu dəyişiklik müdafiəni daha effektiv həyata keçirmək məqsədi daşıyır:

"Ölkəmiz üçün Gürcüstan Dəmir Yolu strateji əhəmiyyətə malikdir. Buna uyğun olaraq, dəmir yolunun istifadəsində olan yük və obyektlər yüksək effektiv mühafizə tələb edir. Artıq bu funksiyanı özəl təhlükəsizlik şirkətləri deyil, Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Polisi Departamenti həyata keçirəcək".

Nazir müavini həmçinin bildirib ki, bu dəyişiklik qanuni tənzimləmə baxımından zəruridir və Təhlükəsizlik Polisinə yeni səlahiyyətin verilməsi ilə dəmir yolu obyektlərinin qorunması daha səmərəli olacaq.

Qeyd edək ki, Gürcüstan parlamentinin Hüquqi məsələlər komitəsi ilk dinləmədə "Gürcüstan Dəmir Yolu Məcəlləsi"nə təklif olunan dəyişikliyi dəstəkləyib.

Son xəbərlər

Bütün Xəbər Lenti