Gürcüstan və Ermənistanın müdafiə nazirləri regiondakı vəziyyəti müzakirə ediblər
Region
- 06 mart, 2026
- 18:18
Gürcüstan və Ermənistanın müdafiə nazirləri İrakli Çikovani ilə Suren Papikyan arasında telefon danışığı baş tutub, tərəflər regiondakı cari vəziyyəti müzakirə ediblər.
"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyindən bildirilib.
"Gürcüstan Baş nazirinin müavini və müdafiə naziri İrakli Çikovani və Ermənistanın müdafiə naziri Suren Papikyan regional təhlükəsizlik məsələlərini və cari vəziyyəti müzakirə ediblər", - məlumatda bildirilib.
Həmçinin qeyd olunub ki, tərəflər qonşu ölkələr arasında sıx müdafiə əlaqələrinin əhəmiyyətini vurğulayıblar.
"Həmkarlar bir daha qarşılıqlı dəstəyi təsdiqləyib və gələcək əməkdaşlığın perspektivlərini müəyyən ediblər", - nazirlikdən əlavə edilib.
Son xəbərlər
09:19
"Turan Bank" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə09:13
Azərbaycan Basketbol Liqasında 1/4 final mərhələsinin ikinci oyunları başlayır
Komanda09:08
UEFA Avropa Liqasında bu gün yarımfinalçılar bəlli olacaq
Futbol09:07
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (16.04.2026)
Maliyyə09:00
Azərbaycan cüdoçuları Tbilisidə Avropa çempionatında mübarizəyə başlayır
Fərdi09:00
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (16.04.2026)
Maliyyə08:57
Papua-Yeni Qvineyada baş verən torpaq sürüşməsində 10 nəfər ölüb
Digər08:53
Bu gün Maştağa və Ramanada işıq kəsiləcək
İnfrastruktur08:46