2024-cü ildə Gürcüstandan deportasiya edilən qeyri-qanuni miqrantların sayı öncəki illə müqayisədə 26 % artıb.
“Report” “Georgia News”a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“2024-cü ilin oktyabr ayına olan məlumata görə, 384 əcnəbi vətəndaşın ölkədən məcburi çıxarılması barədə qərar qəbul edilib ki, bu da əvvəlki illə müqayisədə 26 % çoxdur”, - məlumatda deyilir.
Çıxarılma prosesi başlandıqdan sonra könüllü şəkildə ölkəni tərk etməyə razılıq verən əcnəbilərin sayı da artıb. Yanvar-oktyabr aylarında Gürcüstanı 323 nəfər tərk edib ki, bu da ötən ilin tam göstəricisinin 60,7 %-ni təşkil edir.
Təkcə oktyabrda Gürcüstan Miqrasiya Departamenti ölkədə qanuni əsas olmadan qalan 60 əcnəbini Gürcüstandan çıxarmaq barədə qərar qəbul edib.
Gürcüstan DİN-in statistikasına görə, 2023-cü ildə 190, 2022-ci ildə isə 165 əcnəbi Gürcüstandan icbari qaydada çıxarılıb. Nazirlikdən gələcəkdə qeyri-qanuni miqrantlara nəzarətin daha da sərtləşdiriləcəyini vurğulanıb.