Gürcüstan Baş naziri: Zurabişvilinin ikinci dəfə prezident olmaq şansı yoxdur

Gürcüstan Baş naziri: Zurabişvilinin ikinci dəfə prezident olmaq şansı yoxdur Salome Zurabişvilinin yenidən Gürcüstan prezidenti seçilmək şansı yoxdur.
Region
11 Sentyabr , 2024 20:41
Gürcüstan Baş naziri: Zurabişvilinin ikinci dəfə prezident olmaq şansı yoxdur

Salome Zurabişvilinin yenidən Gürcüstan prezidenti seçilmək şansı yoxdur.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

“Reytinqlərə görə, bizim “Gürcü Arzusu” partiyasını seçicilərin təxminən 60 %-i dəstəkləyir, bütün müxalifət isə oktyabrda keçiriləcək parlament seçkilərində təxminən 20 % səs toplayır. Bu şərtlər altında Zurabişvilinin ikinci dəfə prezident olmaq şansı yoxdur”, - o deyib.

Onun sözlərinə görə, hazırkı prezident dövlət başçısı vəzifəsinə seçilərkən əhalinin etimadını qazanmasa da, ilk dəfə hakim partiyanın dəstəyi ilə seçilib.

“Bu gün isə o, radikal müxalifət düşərgəsinə keçərək onu seçmiş insanlara qarşı çıxır”, - Kobaxidze qeyd edib.

Xatırladaq ki, daha əvvəl Gürcüstan Prezidenti Salome Zurabişvilinin ölkənin Avropaya inteqrasiyasını təşviq etmək üçün ikinci müddətə namizədliyini irəli sürməyə hazır olduğunu bəyan edib.

Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri 2024-cü ilin noyabr-dekabr aylarında keçirilməlidir.

Son xəbərlər

Orphus sistemi