Giorgi Kaxiani: “Prezidentin impiçmenti Aİ-yə gedən yolda maneə olmayacaq”

Giorgi Kaxiani: “Prezidentin impiçmenti Aİ-yə gedən yolda maneə olmayacaq” “Prezident Salome Zurabişviliyə qarşı impiçment prosesi rəsmi Tiflisin Avropa İttifaqına (Aİ) gedən yoluna maneə ola bilməz”.
Region
16 Oktyabr , 2023 20:30
Giorgi Kaxiani: “Prezidentin impiçmenti Aİ-yə gedən yolda maneə olmayacaq”

“Prezident Salome Zurabişviliyə qarşı impiçment prosesi rəsmi Tbilisinin Avropa İttifaqına (Aİ) gedən yoluna maneə ola bilməz”.

“Report” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının üzvü Giorgi Kaxiani deyib.

“İctimaiyyət bu prosesi üç gün canlı izlədi və konstitusiya pozulduqda, təbii ki, reaksiya olmalıdır. Bu demokratik proses Avropaya inteqrasiyaya maneə ola bilməz. Bu, sadəcə, siyasi spekulyasiyadır”, - deputat bildirib.

Bundan əvvəl hakim partiyanın sədri İrakli Kobaxidze bildirmişdi ki, Gürcüstan Prezidenti Salome Zurabişvili Konstitusiya Məhkəməsinin onun əsas qanunu pozduğunu təsdiqləməsindən sonra artıq formal olaraq vəzifələrini yerinə yetirir.

O vurğulamışdı ki, prezidentin impiçment prosedurunun necə başa çatmasından asılı olmayaraq, partiya artıq öz məqsədinə nail olub, çünki Salome Zurabişvilinin Gürcüstan Konstitusiyasını pozması cavabsız qalmayıb.

Son xəbərlər

Orphus sistemi