Ermənistanda nazir müavini saxlanılıb - YENİLƏNİB

Ermənistanda nazir müavini saxlanılıb - YENİLƏNİB Milli Təhlükəsizlik Xidməti Ermənistanın İqtisadiyyat Nazirliyində əməliyyat-istintaq tədbirləri həyata keçirir.
Region
31 Yanvar , 2024 15:50
Ermənistanda nazir müavini saxlanılıb - YENİLƏNİB

Ermənistan iqtisadiyyat nazirinin müavini Ani İspiryan hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
“Report” “NEWS.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan İqtisadiyyat Nazirliyinin mətbuat katibi Astxik Sarqsyan bildirib.

O bildirib ki, Ani İspiryanın saxlanılma səbəbi məlum deyil. Mətbuat katibi qeyd edib ki, korrupsiyaya qarşı mübarizə vacib olsa da, təqsirsizlik prezumpsiyasını rəhbər tuturlar.

14:36

Milli Təhlükəsizlik Xidməti Ermənistanın İqtisadiyyat Nazirliyində əməliyyat-istintaq tədbirləri həyata keçirir.

"Report" xəbər verir ki, bunu "Sputnik-Armenia"ya iqtisadiyyat nazirinin mətbuat katibi Astxik Sarkisyan deyib.

Keçmiş nazir müavini Ani İspiryanın və Dövlət İnvestisiya Siyasəti Departamentinin rəhbəri Liliya Sirakanyanın ofisində axtarışların aparılması ilə bağlı məlumatlara gəlincə, Sarkisyan qeyd edib ki, istintaq tədbirləri ilə bağlı heç bir şərh vermir: “Biz korrupsiyaya qarşı mübarizəni son dərəcə vacib hesab edirik”.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə Ani İspiryan nazir müavini vəzifəsindən azad edilib.

Son xəbərlər

Orphus sistemi