Ermənistanda narkotik qaçaqmalçılığı və çirkli pulların yuyulması ilə məşğul olan cinayətkar qruplaşma aşkarlanıb, 9 nəfər həbs olunub.
“Report” xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.
İstintaq müəyyən edib ki, adı açıqlanmayan İran vətəndaşı 2022-ci ildə narkotik qaçaqmalçılığı ilə məşğul olan, Ermənistanın 4 vətəndaşının də üzv olduğu cinayətkar qruplaşma yaradıb. Həmin şəxslər Ermənistan ərazisində narkotik vasitələri yayıblar, bu işə daha bir neçə nəfəri də cəlb ediblər.
Onlar teleqramda onlarla kanal yaradıblar və narkotik vasitələri satıblar. Ödəniş kriptovalyuta ilə edilib.
Qrup üzvləri Sünikdə saxlanılıb. Cinayətkarların 12 kq narkotik – metamfetamin, marixuana, metadon sata bilmədiyi müəyyənləşdirilib. Məlum olub ki, onlar 89 milyon dramı (220 min dollar) "yumağa" çalışıblar.
İlkin istintaq başa çatıb, cinayət işi məhkəməyə göndərilib, lakin narkotik ticarəti ilə məşğul olan digər şəxsləri müəyyənləşdirmək istiqamətində təhqiqat davam edir.