Ermənistan Kiselyovun "Vesti nedeli" verilişini bloklaya bilər

Ermənistan Kiselyovun "Vesti nedeli" verilişini bloklaya bilər “Vladimir Solovyovla Axşam" verilişinə qarşı oxşar qərardan sonra Ermənistanda Dmitri Kiselyovla "Vesti nedeli" ("Həftənin xəbərləri") verilişi bloklana bilər.
Region
15 Yanvar , 2025 15:29
Ermənistan Kiselyovun Vesti nedeli verilişini bloklaya bilər

“Vladimir Solovyovla Axşam" verilişinə qarşı oxşar qərardan sonra Ermənistanda Dmitri Kiselyovla "Vesti nedeli" ("Həftənin xəbərləri") verilişi də bloklana bilər.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan parlamentdə jurnalistlərə bildirib.

Bağlanmanın mümkünlüyü ilə bağlı suala nazir "Bəli, birmənalı" cavabını verib.

Xatırladaq ki, Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Səfirə Ümumrusiya Dövlət Televiziyasının yanvarın 12-də efirə gedən “Vesti nedeli” (“Həftənin xəbərləri”) verilişində səsləndirilən bəyanatlarla bağlı etiraz notası təqdim edilib.

Ermənistan XİN-in mətbuat xidmətindən bildirilib ki, verilişdə Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş süni şəkildə yaradılan narrativlər səsləndirilib.

Kiselyovun həftənin yekun proqramında Ermənistan-Azərbaycan münasibətləri, regional kommunikasiyaların açılması və Ermənistan hökumətinin Avropa İttifaqına daxil olma prosesini dəstəkləmək qərarı mövzusunda reportaj yayımlanıb.

Son xəbərlər

Orphus sistemi