Ermənistanda baş nazirliyə namizədə qarşı cinayət işi açılıb

Ermənistanda baş nazirliyə namizədə qarşı cinayət işi açılıb Vazgen Manukyana qarşı mitinqdəki çağırışına görə cinayət işi başlanılıb
Region
132
22 Fevral , 2021 17:10
Ermənistanda baş nazirliyə namizədə qarşı cinayət işi açılıb

Ermənistanda “Vətənin xilası uğrunda hərəkat”ın lideri Vazgen Manukyana qarşı mitinqdəki çağırışına görə cinayət işi başlanılıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan baş prokurorunun müşaviri Qor Abramyan bildirib.

Müşavirin sözlərinə görə, Q.Abramyan hakimiyyətin güc yolu ilə ələ keçirilməsinə, ərazi bütövlüyünün pozulmasına və Ermənistan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış etməkdə ittiham olunur.

Bildirilib ki, fevralın 20-də Yerevanda Azadlıq meydanında keçirilən mitinqdə Manukyan ölkədə hakimiyyətin dəyişdirilməsi üçün baş nazir Nikol Paşinyanın dayaqlarını sındırmağa çağırış edib. O, hakim “Mənim addımım” parlament fraksiyasının strukturlarına və deputatlarına kütləvi təzyiqlər etməyin vacibliyini vurğulayıb. Manukyan deyib ki, “A” planı uğur qazanmazsa, “B” planını işə salıb hakimiyyəti ildırım sürəti ilə ələ keçirmək lazımdır.

Qeyd edək ki, Manukyan hərəkatın baş nazir postuna vahid namizədidir.

Son xəbərlər

Orphus sistemi