Ermənistan hökuməti Arazdəyəndəki zavodun yerinin dəyişməsi barədə qərar verib

Region
  • 14 dekabr, 2023
  • 10:23
Ermənistan hökuməti Arazdəyəndəki zavodun yerinin dəyişməsi barədə qərar verib

Arazdəyəndə inşası dayandırılan “Erməni-Amerikan” metallurgiya zavodu başqa yerə köçürüləcək.

“Report” xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, amerikalı investorların vəsaiti hesabına Ermənistan-Azərbaycan sərhədinə yaxın ərazidə tikintisi dayandırılan Arazdəyən (Yerasx) metallurgiya zavodu hökumətin bu gün qəbul etdiyi qərara əsasən köçürüləcək.

Zavod Vedi rayonunun kəndlərindən birinin ərazisində tikiləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti