Ərdoğan: "Türkiyənin milli elektromobili dünyanın bir çox ölkəsinin yollarını bəzəyəcək"

Ərdoğan: "Türkiyənin milli elektromobili dünyanın bir çox ölkəsinin yollarını bəzəyəcək" "TOGG milli avtomobili dünyanın bir çox ölkəsinin yollarını bəzəyəcək".
Region
29 Oktyabr , 2022 22:47
Ərdoğan: Türkiyənin milli elektromobili dünyanın bir çox ölkəsinin yollarını bəzəyəcək

"TOGG milli elektromobili dünyanın bir çox ölkəsinin yollarını bəzəyəcək".

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli TOGG elektromobilinin kütləvi istehsalının həyata keçiriləcəyi Gemlik fabrikində zavod işçiləri qarşısında çıxışı zamanı deyib.

"Zavodda il ərzində 175 min avtomobil istehsal olunacaq. 2030-cu ilə qədər istehsal 1 milyonu ötəcək, gəlirimiz 50 milyard dolları keçəcək olacaq, cari kəsir isə 7 milyard dollar azalacaq”, - Ərdoğan bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, Avropanın bir nömrəli avtomobil istehsalçısı olan Türkiyə, eyni zamanda dünyanın aparıcı avtomobil ixracatçılarından biridir.

Qeyd edək ki, bu gün Türkiyə dövlətinin başçısı xanım Əminə Ərdoğanla birlikdə TOGG elektromobilini sınaqdan keçirib.

Son xəbərlər

Orphus sistemi