Ərdoğan: Türkiyədə qalmaq istəyən suriyalılar üçün həmişə yerimiz var

Ərdoğan: Türkiyədə qalmaq istəyən suriyalılar üçün həmişə yerimiz var Türkiyə suriyalı qardaşları ilə birlikdə çiyin-çiyinə onların hüquqlarını bərpa edib.
Region
13 Dekabr , 2024 17:09
Ərdoğan: Türkiyədə qalmaq istəyən suriyalılar üçün həmişə yerimiz var
Rəcəb Tayyib Ərdoğan

Türkiyədə qalmaq istəyən suriyalı qardaşlarımız üçün hər zaman başımız üstündə yer var.

“Report”un məlumatına görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya Əyalət Konqresindəki nitqi zamanı deyib.

Prezident bildirib ki, Türkiyə suriyalı qardaşları ilə birlikdə çiyin-çiyinə onların hüquqlarını bərpa edib.

Ərdoğan "Türkiyənin Suriyada nə işi var" deyənlərə də səslənib.

“İndi gördünüzmü Türkiyənin Suriyada nə işi var?”, - o vurğulayıb.

Türkiyə lideri dünyada heç bir ölkənin risk etmədiyi bir problemin həllinə çalışdıqlarını vurğulayıb: "Bu yolda heç bir halda geriyə addım atmadıq və nəticədə haqlı çıxdıq".

Ərdoğan Suriyada keçid hökumətin qurulması ilə bərabər, oraya qayıdan əhalidən də danışıb: “Tezliklə Suriyanın digər ərazilərini də bütün təhdidlərdən xilas edəcəyik. Təbii ki, əməyi və zəhməti ilə Türkiyəyə qatqı vermək, ölkədə qalmaq istəyən suriyalı qardaşlarımız üçün hər zaman başımız üstündə yer var”.

Son xəbərlər

Orphus sistemi