Ərdoğan: "Bizə “bacarmazsınız” deyənləri, ayağımıza dolaşanları peşman etdik”

Ərdoğan: "Bizə “bacarmazsınız” deyənləri, ayağımıza dolaşanları peşman etdik” "Türkiyənin Yüz illik dastanınını 85 milyon olaraq birlikdə yazacağıq”.
Region
4 May , 2023 11:37
Ərdoğan: Bizə “bacarmazsınız” deyənləri, ayağımıza dolaşanları peşman etdik”

“Əvvəl xəyal qurduq, xəyalın arxasına düşdük. Sonra xəyallarımızı konkret hədəflərə çevirdik. Bizə “edə bilməzsiniz”, “bacarmazsınız” deyənləri, ayağımıza dolaşanları öz mübarizəmizlə peşman etdik”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb.

Dövlət başçısı bildirib ki, Türkiyənin yüz illik dastanını 85 milyonluq xalqla birlikdə yazacaqlar.

O, son 40 gündə həyata keçirilən işləri xatırladıb: “Son 40 gündə müdafiədən nəqliyyata, səhiyyədən maliyyəyə, sosial həyatdan peyk texnologiyasına qədər hər sahədə millətimizə vacib müjdələr verdik. 60 illik bir xəyalın məhsulu olan Toggun, ölkəmizin milli döyüş təyyarəsi olan Kaanın, TCG Anadolu donanma gəmisinin istifadəyə verilməsi, Qara dənizdə kəşf etdiyimiz təbii qazın ölkəmizə gətirilməsi, “Akkuyu” Atom Elektrik Stansiyası ilə (AES) Türkiyənin nüvə ölkələri liqasına daxil olması, Avropanın ən uzun tuneli olan Ziqananın qısa müddətdə açılması kimi işlərin hər birinin arxasında ciddi zəhmət, siyasi iradə var”.

R.T.Ərdoğan qeyd edib ki, 5,10,15 il əvvəl əkilən ağacların meyvəsi indi toplanılır: “Millətimizə inandıq, ölkəmizin potensialına güvəndik, ən çətin vaxtımızda Allahdan ümidimizi kəsmədik. 40 gündə ortaya qoyduğumuz işlər bu inamın və iradənin nəticəsidir. Bu uğur doğru bildiyi yolda irəliləməyi gözə alanların zəfəridir. İnşallah, birlikdə daha böyük uğurlara imza atacağıq. Yetər ki, özümüzə inanaq, ölkəmizə güvənək, ümidimizi əsla itirməyək. Zəfər inananlarındır”.

Son xəbərlər

Orphus sistemi