Emil Çeçko adına xeyriyyə fondu Azərbaycanda nümayəndəlik açacaq

Region
  • 31 avqust, 2023
  • 16:58
Emil Çeçko adına xeyriyyə fondu Azərbaycanda nümayəndəlik açacaq

Belarus Ədliyyə Nazirliyi tərəfindən 2022-ci ildə qeydiyyatdan keçmiş, polşalı əsgər Emil Çeçkonun adı verilmiş Beynəlxalq Xeyriyyə Fondu ilin sonuna kimi Azərbaycanda nümayəndəliyini açacaq.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

“Fondun Rusiya Federasiyasında nümayəndəliyini açmağı planlaşdırırıq. Hazırda isə nümayəndəlik Azərbaycanda açılır, artıq son addımlar atılır. Biz qarşılıqlı fəaliyyət üçün açığıq, iş üçün çox böyük cəbhə, bir çox layihələr var. İndi Türkiyə tərəfi layihələrimizə maraq göstərib, danışıqların birinci hissəsi aparılıb. Liviya da layihələrimizlə maraqlanır”, - fondun idarə heyətinin sədri Dmitri Belyakov deyib.

44 - Tezliklə