Əli Xameneinin müşaviri: İran iki həftə ərzində nüvə silahı yarada bilər
Region
- 02 noyabr, 2025
- 18:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İran iki həftə ərzində nüvə silahı yarada bilər, amma ali dini lider Ayətullah Əli Xameneinin fətvası bunu qadağan edir.
"Report" İranın "Khabar Fouri" nəşrinə istinadən xəbər verir ki, bunu Ayətullahın müşaviri Cavad Laricani deyib.
Onun sözlərinə görə, müdafiə və texnoloji imkanların inkişafı İranın strateji prioriteti olaraq qalır.
"Əgər müharibə başlasa, bu barbarlıqla olmayacaq, hər iki tərəfin sərhədləri var. Həzrətin fətvasının (nüvə silahının yaradılmasının qadağan edilməsi haqqında) bir çox əsası var və şiə qanununda uzun bir tarixə malikdir. Ölkə iki həftədən az müddətdə atom bombası əldə edə bilər, amma biz dinimizə sadiqik", - o əlavə edib.
Son xəbərlər
03:57
"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub
Digər ölkələr
03:21
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
Digər ölkələr
02:51
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
Digər ölkələr
02:25
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
Digər ölkələr
01:50
Latviya Rusiya ilə sərhədini bağlamağı nəzərdən keçirəcək
Digər ölkələr
01:18
SEPAH: Hörmüz boğazında üç neft tankerində partlayış olub
Region
01:05
Foto
Türkiyədə leysan yağışları bir sıra fəsadlara yol açıb
Region
00:58
"Bloomberg": Huanq rəhbərliklə razılaşdırılmadan "Nvidia"ya qaytarılıb
Biznes
00:22
NATO Rusiya raketlərinin düşməsindən sonra Polşaya "AWACS" kəşfiyyat təyyarəsi göndərəcək
Digər ölkələr