Salyanda yol qəzasında xəsarət alanların son durumları açıqlanıb - YENİLƏNİB

Hadisə
  • 07 yanvar, 2026
  • 23:32
Salyanda yol qəzasında xəsarət alanların son durumları açıqlanıb - YENİLƏNİB

Salyanda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar saat 21:10 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 9 nəfər (4 qadın, 5 kişi olmaqla) hospitalizasiya oıunub.

Salyan Rayon Mərkəzi Xəstəxanasından "Report"un Aran bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Müxtəlif xəsarətlər alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır.

Salyanda baş verən yol qəzasında bir neçə nəfər xəsarət alıb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə şəhərin X.R.Ulutürk prospektində qeydə alınıb.

Belə ki, sərnişin daşıyan mikroavtobusla "Jiquli" markalı avtomobil toqquşub. İlkin məlumata görə, qəza nəticəsində doqquz nəfər xəsarət alıb.

Xəsarət alanlar - rayon sakinləri, mikroavtobusun sürücüsü, 1997-ci il təvəllüdlü Hüseynov Röyal Oktay oğlu, 1974-cü il təvəllüdlü Abbasova Zeynəb Absalam qızı, 1976-cı il təvəllüdlü Səmədova Ruhiyyə, 1970-ci il təvəllüdlü Ağayeva Sehranə Mahmud qızı, 1989-cu il təvəllüdlü İsmayılova Gülcənnət Bəxtiyar qızı, 1998-ci il təvəllüdlü Babayev Ağababa Seyran oğlu, 2006-cı il təvəllüdlü Səid Qasımov, 1998-ci il təvəllüdlü Əliyev Əmrah Fərhad oğlu və 1997-ci il təvəllüdlü Qafarov Novruz Surxay oğlu Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti