Cevdet Yılmaz: İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin diasporası 60 milyon insanı əhatə edir
- 08 sentyabr, 2026
- 13:01
Yeniliklərdən dərhal xəbərdar olun!
İslam ölkələrinə mənsub 60 milyondan çox insan dünyanın müxtəlif qitələrində güclü diaspora şəbəkəsi formalaşdırır.
"Report"un Türkiyə bürosu xəbər verir ki, bunu vitse-prezident Cevdet Yılmaz Ankarada keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin 1-ci Müsəlman Diaspor Forumunda deyib.
Onun sözlərinə görə, islam ölkələrinə eyni qardaşlıq anlayışı və məsuliyyət şüuru ilə yanaşmalıdır: "Forumumuzun mövzusu keçmişdən miras aldığımız bu anlayışın müasir şəraitdə yeni əlaqələrə, yeni birgə fəaliyyətlərə və davamlı həmrəyliyə çevrilməsi səylərini ifadə edir. Dünyada 2 milyarddan artıq müsəlman yaşayır və bu, dünya əhalisinin təxminən dörddə birinə bərabərdir. Yalnız 2024-cü ilin məlumatlarına nəzər saldıqda, 38 ölkə üzrə aparılan hesablamalarda bu diasporanın mənşə ölkələrinə təxminən 200 milyard dollar həcmində vəsait köçürdüyünü görürük.
C.Yılmaz vurğulayıb ki, diasporaların sahibkarlıq qabiliyyəti, peşəkar təcrübəsi və beynəlxalq əlaqələri bu iqtisadi bağlılığı daha geniş və hərtərəfli inkişaf imkanına çevirir: "Miqrasiya edən insanlar hər zaman dinamik, canlı, yenilikçi və sahibkar olurlar. Məhz bu enerjini bütün İslam dünyasına yaymalıyıq".