Bu gün İran prezidentinin inauqurasiyası keçiriləcək

Bu gün İran prezidentinin inauqurasiyası keçiriləcək Bu gün İranın paytaxtı Tehranda yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 16:30-da) ölkənin yeni seçilmiş prezidenti İbrahim Rəisinin inauqurasiya mərasimi keçiriləcək.
Region
5 Avqust , 2021 02:28
Bu gün İran prezidentinin inauqurasiyası keçiriləcək
İbrahim Rəisi

Bu gün İranın paytaxtı Tehranda yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 16:30-da) ölkənin yeni seçilmiş prezidenti İbrahim Rəisinin inauqurasiya mərasimi keçiriləcək.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Mərasimdə bir çox ölkələrdən rəsmi qonaqların iştirakı gözlənilir. Belə ki, 73 ölkədən 115 nümayəndənin inauqurasiyada iştirak edəcəyi bildirilir. Yeni dövlət başçısının andiçməsinə 10 dövlət başçısı, 20 ölkənin parlament sədri, 11 ölkənin xarici işlər naziri, 10 dövləti təmsil edən digər nazirlər, eləcə də başqa yüksək vəzifəli şəxslər qatılacaq.

İbrahim Rəisi 8-ci prezident kimi avqustun 3-də Tehranda İmam Xomeyni məscidində and içib. Mərasimdə İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei, prezidentlik müddəti başa çatan Həsən Ruhani, Ali Məhkəmənin sədri Möhsün Ejei, parlamentin sədri Baqer Qalibaf, Xarici işlər naziri Məhəmmədcavad Zərif və digər şəxslər iştirak ediblər.

İyunun 18-də İranda növbəti, 13-cü prezident seçkisi keçirilib. İbrahim Rəisi seçkidə iştirak edən 28,6 milyon seçicidən 17,6 milyon nəfərinin səsini (61,95 faiz) qazanaraq qalib elan olunub. Keçmiş prezident Həsən Ruhanidən fərqli olaraq o, mühafizəkar siyasi düşərgəyə aiddir.

Son xəbərlər

Orphus sistemi