Britaniyanın müdafiə məsələləri üzrə dövlət naziri Ermənistanda səfərdədir
- 05 dekabr, 2025
- 12:49
Böyük Britaniyanın müdafiə məsələləri üzrə dövlət naziri Lord Vernon Koaker bu gün Ermənistanın Britaniya səfirliyi yanında hərbi münasibətlər ofisinin açılış mərasimində iştirak etmək üçün İrəvana gedib.
"Report" Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın İrəvandakı səfirliyi məlumat yayıb.
"Avqust ayında Böyük Britaniyanın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dautinin səfəri zamanı Britaniya və Ermənistan arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması niyyəti elan edilib.
Bundan sonra Britaniyanın müdafiə məsələləri üzrə dövlət naziri Vernon Koaker bu gün Ermənistanda Böyük Britaniyanın ilk daimi hərbi attaşe ofisini açmaq üçün İrəvana səfər edib", - diplomatik nümayəndəliyin məlumatında bildirilib.
Qeyd edək ki, ötən gün Mayor Tomas Şorland Boll Böyük Britaniyanın Ermənistanda rezident müdafiə məsələləri üzrə ilk attaşesi təyin edilib.