Azərbaycanın Gürcüstandakı səfiri SDU-nun rektoru ilə təhsil sahəsində əməkdaşlığı müzakirə edib
Region
- 07 may, 2025
- 12:35
Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Suxumi Dövlət Universitetinin (SDU) rektoru professor Zurab Xonelidze ilə görüşüb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, görüş zamanı səfir Azərbaycan və Gürcüstan arasında elm və təhsil sahələrində əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb.
O, iki ölkənin müvafiq qurumları qarşısında duran yeni hədəflər və perspektiv layihələr barədə məlumat verib.
Universitet rektoru Zurab Xonelidze isə səmimi qəbula görə təşəkkürünü bildirərək, Azərbaycan və Gürcüstanın ali təhsil müəssisələri arasında mövcud olan təmasların və birgə layihələrin əhəmiyyətini qeyd edib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə də fikir mübadiləsi aparıblar.
Son xəbərlər
09:15
"FINCA Azerbaijan"dan növbəti 4 milyon manatlıq istiqraz buraxılışı! – İllik 15 % gəlir
Maliyyə09:10
Azərbaycan Basketbol Liqasında bu gün daha üç oyun keçiriləcək
Komanda09:06
Mərdəkanda işıq olmayacaq
Energetika09:02
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (23.12.2025)
Maliyyə09:02
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (23.12.2025)
Maliyyə08:59
Xəzər dənizində zəlzələ olub
Hadisə08:51
Goranboyda qadın dəm qazından zəhərlənərək ölüb
Hadisə08:47
Foto
Ankarada Musiqi və Gözəl Sənətlər Universiteti ərazisindəki küçəyə Üzeyir Hacıbəylinin adı verilib
Region08:38