Azərbaycan könüllüləri Kahramanmaraşda fəaliyyətə başlayıblar

Azərbaycan könüllüləri Kahramanmaraşda fəaliyyətə başlayıblar Türkiyədə baş verən dəhşətli zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə fevralın 10-da Azərbaycandan yola düşən Azərbaycan könüllülərinin ilk qrupu Kahramanmaraş şəhərində fəaliyyətə başlayıblar.
Region
12 Fevral , 2023 23:35
Azərbaycan könüllüləri Kahramanmaraşda fəaliyyətə başlayıblar

Türkiyədə baş verən dəhşətli zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə fevralın 10-da Azərbaycandan yola düşən könüllülərin ilk qrupu Kahramanmaraş şəhərində fəaliyyətə başlayıblar.

“Report” xəbər verir ki, gənc könüllülərimiz türkiyəli həmkarları ilə zəlzələnin baş verdiyi bölgələrdə vətəndaşlara yardımların paylanılması, onların istiqamətləndirilməsi, qeydiyyat və müxtəlif əlaqələndirmə işlərində iştirak edirlər.

Eyni zamanda Azərbaycandan yola düşən ilk könüllü qrupu barədə xəbər Türkiyə mediasında geniş işıqlandırılıb. Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan dövləti tərəfindən zəlzələdən zərərçəkmiş qardaş Türk xalqına yardım məqsədilə həyata keçirilən və xalqımızın da böyük dəstək verdiyi genişmiqyaslı tədbirlərə Azərbaycanın könüllü gəncləri də qoşulublar.

Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “ASAN Könüllüləri”, “Gənc Könüllülər”, “BİR Könüllü”, “Aqrar İnkişaf Könüllüləri”, “Naxçıvan Könüllüləri”, “Böyük Qayıdış” könüllüləri və “Ekokönüllülər” təşkilatlarının üzvləri arasından daha təcrübəli və çətin şəraitdə fəaliyyət göstərməyə hazır olan 100 gənc müəyyən edilərək, ilkin təlimat keçdikdən sonra türkiyəli həmkarlarına dəstək vermək üçün qardaş ölkəyə yola düşüblər.

Son xəbərlər

Orphus sistemi