Avropadan sığınacaq istəyən Gürcüstan vətəndaşlarının sayı artır

Region
  • 26 fevral, 2023
  • 04:45
Avropadan sığınacaq istəyən Gürcüstan vətəndaşlarının sayı artır

Ötən il Gürcüstanın 29 min nəfərə qədər vətəndaşı Aİ və Şengen zonasına üzv ölkələrdən sığınacaq üçün müraciət edib ki, bu da 2008-ci ildən indiyədək ən yüksək göstəricidir.

“Report”un xəbərinə görə, bu göstəricilər Avropa İttifaqı Sığınacaq Agentliyinin (EUAA) hesabatında yer alıb.

Təşkilatın məlumatına görə, 2008-ci ildən ən çox müraciət edənlər arasında Gürcüstan vətəndaşları ilə yanaşı, türklər, venesuelalılar, kolumbiyalılar və banqladeşlilər də var.

Qeyd edək ki, 2021-ci ildə Gürcüstanın 14 970 vətəndaşı Aİ və Şengen zonasına üzv dövlətlərdən sığınacaq üçün müraciət edib.

44 filmi