Aİ Ermənistan-Azərbaycan sərhədindəki missiyanın müddətinin uzadılmasını nəzərdən keçirməyə hazırdır

Aİ Ermənistan-Azərbaycan sərhədindəki missiyanın müddətinin uzadılmasını nəzərdən keçirməyə hazırdır Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə ali nümayəndəsinin ofisi Aİ-nin Ermənistandakı mülki missiyasının müddətinin daha iki il uzadıla biləcəyini bildirib.
Region
10 Yanvar , 2025 13:55
Aİ Ermənistan-Azərbaycan sərhədindəki missiyanın müddətinin uzadılmasını nəzərdən keçirməyə hazırdır

Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə ali nümayəndəsinin ofisi Aİ-nin Ermənistandakı mülki missiyasının müddətinin daha iki il uzadıla biləcəyini bildirib.

“Report” xəbər verir ki, bu barədə ali nümayəndənin mətbuat xidməti "Azatutyun"un sorğusuna cavabında məlumat verib.

"Üzv ölkələr təklifi alqışlayıb və hazırda Aİ Şurasının müvafiq orqanları ilə zəruri hüquqi aktları müzakirə edir. Şuranın yaxın günlərdə bununla bağlı qərar qəbul edəcəyi gözlənilir", - sorğuya cavabda qeyd olunub.

“Avropa İttifaqının missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsinə ehtiyac yoxdur, buna görə də onun fəaliyyətinə xitam verilməlidir. Aİ missiyasının yerləşdirilməsi 2022-ci ilin oktyabrında Praqada razılaşdırılmışdı. Həmin vaxt tərəflər missiyanın qısamüddətli olacağı ilə bağlı razılığa gəlmişdi. Lakin göründüyü kimi, bu missiya davamlı missiyaya çevrilir, onun tərkibi və mandatı genişləndirilir”, - Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Aİ missiyasının 100-dən çox müşahidəçisi 2023-cü ilin fevralında Ermənistan-Azərbaycan sərhədində patrul xidmətinə başlayıb. Sonradan müşahidəçilərin sayı 138-dən 209-a çatdırılıb. 2024-cü ilin yanvarında Ermənistan hökuməti mülki missiyanın statusunu rəsmi olaraq təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi