Rusiya XİN başçısının müavini ilə ABŞ-nin Moskvadakı səfiri arasında görüş olub - YENİLƏNİB

Region
  • 11 fevral, 2025
  • 11:26
Rusiya XİN başçısının müavini ilə ABŞ-nin Moskvadakı səfiri arasında görüş olub - YENİLƏNİB

Moskvada Rusiya xarici işlər nazirinin (XİN) müavini Sergey Ryabkov ilə ABŞ-nin səfiri Linn Treysi ilə planlaşdırılmış görüş keçirib.

“Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

"Ryabkov ABŞ səfiri ilə planlaşdırılmış görüş keçirib", - o, jurnalistlərə bildirib.

M.Zaxarovanın sözlərinə görə, görüş xarici idarələrin fəaliyyətinə həsr olunub.

12:59

ABŞ-nin Moskvadakı səfiri Linn Treysi Rusiya Xarici İşlər Nazirliyinə (XİN) gedib.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Səfərin səbəbləri hələlik məlum deyil.

KİV-in məlumatına görə, Treysi əvvəllər sosial şəbəkələrdəki videomüraciətində Vaşinqtonun fikir ayrılıqlarına baxmayaraq, Moskva ilə dialoqa hazır olduğunu bəyan edib.

Onun sözlərinə görə, ABŞ və Rusiya arasında diplomatik səylərə "böyük ehtiyac" var.