Zərif: "Azərbaycan ərazilərinin işğalına son verilməsi bölgədə sülh və əməkdaşlıq üçün yaxşı fürsət yaradır"

Zərif: "Azərbaycan ərazilərinin işğalına son verilməsi bölgədə sülh və əməkdaşlıq üçün yaxşı fürsət yaradır" “Onilliklər sonra Azərbaycanın ərazilərini işğaldan azad etdiyi bir vaxtda Bakıda səfərdə olmaqdan məmnunam”.
Qarabağ
25 Yanvar , 2021 17:29
Zərif: Azərbaycan ərazilərinin işğalına son verilməsi bölgədə sülh və əməkdaşlıq üçün yaxşı fürsət yaradır
Məhəmməd Cavad Zərif

“Onilliklər sonra Azərbaycanın ərazilərini işğaldan azad etdiyi bir vaxtda Bakıda səfərdə olmaqdan məmnunam”.

“Report” xəbər verir ki, bunu Azərbaycanda işgüzar səfərdə olan İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.

O, ərazilərin işğalına son verilməsinin bölgədə sülh, əmin-amanlıq və əməkdaşlıq üçün yaxşı fürsət yaratdığını və bu fürsətdən istifadə etmənin vacib olduğu qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti ilə görüşə məmnunluqla istinad edən M.C.Zərif iki dövlətin rəhbərləri arasında çox faydalı münasibətlərin olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi