Xankəndi-Laçın yolundakı etirazçılar ekologiyanı qorumağa çağıran hava şarları qaldırıblar - YENİLƏNİB

Xankəndi-Laçın yolundakı etirazçılar ekologiyanı qorumağa çağıran hava şarları qaldırıblar - YENİLƏNİB Hazırda hava şəraitinin soyuq olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir.
Qarabağ
22 Dekabr , 2022 19:02
Xankəndi-Laçın yolundakı etirazçılar ekologiyanı qorumağa çağıran hava şarları qaldırıblar - YENİLƏNİB

Hazırda hava şəraitinin soyuq olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasının iştirakçıları tərəfindən ərazidə daha bir hava şarı asılıb.

“Report”un aksiyanı işıqlandıran əməkdaşının verdiyi xəbərə görə, ekologiyanı qorumağa çağıran etirazçılar balonun üzərinə "Save Nature!" yazıblar.

Fasiləsiz dinc aksiyanın iştirakçıları hava şarının ətrafında bayraqlarla durublar. Daha sonra onlar "Save Nature!" və digər şüarlar səsləndiriblər.

Hazırda aksiya davam edir.

18:22

Hazırda hava şəraitinin soyuq olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir.

“Report”un aksiyanı işıqlandıran əməkdaşının verdiyi xəbərə görə, aksiya iştirakçıları tərəfindən ərazidə ekologiyanı qorumağa çağıran hava şarı qaldırılıb.

Belə ki, etirazçılar balonun üzərinə "Stop Ecocide" yazıblar.

Fasiləsiz dinc aksiyanın iştirakçıları "Stop Ecocide" yazısının ətrafında bayraqlarla durublar. Daha sonra onlar "Stop Ecocide” və digər şüarlar səsləndiriblər.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 11 gündür davam edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Son xəbərlər

Orphus sistemi