Serbiyanın Novi Pazar şəhər merinin rəhbərlik etdiyi nümayəndə heyəti Şuşada səfərdədir

Serbiyanın Novi Pazar şəhər merinin rəhbərlik etdiyi nümayəndə heyəti Şuşada səfərdədir Serbiyanın Novi Pazar şəhərinin meri Nihad Bişevaçin rəhbərlik etdiyi nümayəndə heyəti Şuşa şəhərinə rəsmi səfərə gəlib.
Qarabağ
17 Mart , 2023 10:57
Serbiyanın Novi Pazar şəhər merinin rəhbərlik etdiyi nümayəndə heyəti Şuşada səfərdədir

Serbiyanın Novi Pazar şəhərinin meri Nihad Bişevaçin rəhbərlik etdiyi nümayəndə heyəti Şuşa şəhərinə rəsmi səfərə gəlib.

"Report"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, səfər Azərbaycan Prezidentinin Şuşa rayonunda Xüsusi Nümayəndəliyinin dəvəti ilə baş tutub.

Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov nümayəndə heyətini qarşılayıb.

Daha sonra Şuşadakı Xüsusi Nümayəndəliyin inzibati binasında qonaqlarla görüş keçirilib.

Görüşdə A.Kərimov Şuşa şəhərinin tarixi, burada həyata keçirilən təmir-bərpa və yenidənqurma işləri ilə bağlı qonaqlara ətraflı məlumat verib.

Qeyd edilib ki, nümayəndə heyətinin Azərbaycanın Mədəniyyət paytaxtına səfərində məqsəd Şuşa şəhəri ilə Novi Pazar şəhərinin qardaşlaşması haqqında sənədin imzalanmasıdır. Bu gün şəhərlərin qardaşlaşması haqqında sənəd imzalanacaq.

Son xəbərlər

Orphus sistemi