Şəhidin doğum günü məzarı önündə qeyd olunub - VİDEO - YENİLƏNİB

Şəhidin doğum günü məzarı önündə qeyd olunub - VİDEO - YENİLƏNİB Bu gün Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçusu Elvin Bayramovun doğum günüdür.
Qarabağ
562
8 İyul , 2021 16:56
Şəhidin doğum günü məzarı önündə qeyd olunub - VİDEO - YENİLƏNİB

Video əlavə olunub

11:57

Bu gün Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçusu Elvin Bayramovun doğum günüdür.

“Report” xəbər verir ki, şəhidin 22-ci doğum günü münasibətilə yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki evində tədbir keçirilib.

Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri, deputat və digər rəsmi şəxslər iştirak ediblər. Həmçinin tədbirə şəhidin təhsil aldığı ali təhsil müəssisinin müəllim heyəti, eləcə də tələbə yoldaşları qatılıblar.

Şəhidin Biləcəri şəhidlər xiyabanında yerləşən məzarı ziyarət olunaraq xatirəsi anılıb.

Tədbirdə şəhidin qəhrəmanlığından və vətənpərvərliyindən söz açılıb. Bildirilib ki, E.Bayramov Vətən müharibəsinin ilk günlərindən bir sıra uğurlu əməliyyatlarda fəal iştirak edib.

Qeyd olunub ki, müharibənin şiddətli vaxtında E.Bayramov ailəsi ilə telefonla danışan zaman sona qədər vuruşacağını bildirib. "Mən kişiyəm, sonacan vuruşacam, ölmək varsa mən də ölərəm", - deyə sonuncu dəfə danışarkən ailəsinə bu sözləri deyib.

Qeyd edək ki, Bayramov Elvin İslam oğlu 1999-cu il iyulun 8-də Bakı şəhərində anadan olub. İki bacının yeganə qardaşı olan E.Bayramov 2005-ci ildə 298 saylı məktəbdə birinci sinfə başlayır. 2016-ci ildə məktəbi bitirərək Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin Almaniya üzrə regionşünaslıq ixtisasına daxil olub. O, 2020-ci ildə ali təhsilini bitirib həqiqi hərbi xidmətə yola düşüb.

2020-ci ilin sentyabrın 27-dən başladılan Vətən müharibəsində E.Bayramov iştirak edərək böyük qəhrəmanlıqlar nümayiş etdirib. O, Azərbaycan torpaqlarının düşmən işğalından azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib.

Füzuli istiqamətində həyata keçirilən döyüşlərə igidlik və fədakarlıq göstərən E.Bayramov oktyabrın 26-da qəhrəmancasına döyüşərək şəhid olub.

O, Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", Füzulinin azad olunmasına görə" və "Cəsur Döyüşçü" medalları ilə təltif olunub.

Son xəbərlər

Orphus sistemi