Salyanda Vətən müharibəsi şəhidinin adına bulaq istifadəyə verilib

Salyanda Vətən müharibəsi şəhidinin adına bulaq istifadəyə verilib Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub
Qarabağ
242
19 Aprel , 2021 19:56
Salyanda Vətən müharibəsi şəhidinin adına bulaq istifadəyə verilib
0 : 00
0 : 00

Salyan rayonunda Vətən müharibəsi şəhidi Elmar Daşdəmirovun xatirəsi əbədiləşdirilib.

“Report”un Aran bürosu xəbər verir ki, bu gün onun adı verilmiş bulaq istifadəyə verilib.

Açılış mərasimində şəhidin yaxınları, doğmaları ilə yanaşı, Salyan Rayon İcra Hakimiyyətinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə şəhidin həyat yolundan və Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışılıb. Məktəblilər xatirə bulağının qarşısında şəhidlər haqqında şeirlər söyləyiblər.

Qeyd edək ki, E.Daşdəmirov 2001-ci ildə Salyan rayonunun Qarabağlı kəndində doğulub. 2020-ci il yanvarın 7-də həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-də başlayan Vətən müharibəsinə qatılıb. Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşdə iştirak edib. Silahdaşları ilə birgə düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edib. Oktyabrın 18-də 19 yaşındaykən şəhadətə qovuşub. Nəşi doğulduğu yurdda torpağa tapşırılıb.

Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi