İşğaldan azad edilmiş ərazilərdə 80 km yeni yol çəkilib

İşğaldan azad edilmiş ərazilərdə 80 km yeni yol çəkilib "İşğaldan azad edilmiş bütün ərazilərdə mövcud yolların mina və döyüş sursatlarından təmizlənərək bərpası və yeni yolların təmizlənməsi işləri aparılır".
Qarabağ
26 Yanvar , 2021 12:47
İşğaldan azad edilmiş ərazilərdə 80 km yeni yol çəkilib

"İşğaldan azad edilmiş bütün ərazilərdə mövcud yolların mina və döyüş sursatlarından təmizlənərək bərpası və yeni yolların təmizlənməsi işləri aparılır".

"Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında mühəndis qoşunları idarəsinin rəis müavini, polkovnik Ceyhun Cəfərov deyib.

Onun sözlərinə görə, paralel olaraq digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə kommunikasiya xətlərinin çəkilməsi üçün həmin xətlərin keçdiyi ərazilərə ayrılmış qruplar tərəfindən minatəmizləmə tapşırıqları uğurla yerinə yetirilib: "Ümumilikdə 135,5 km yol bərpa edilib və 80 km yeni yol çəkilib. Ərazilərin mina və partlamamış döyüş sursatlarından tam təmizləməsi zamanı 1 453 ədəd tank əleyhinə, 5 420 ədəd piyada əleyhinə mina və 17 500 ədəd müxtəlif çaplı döyüş sursatları aşkar edilərək zərərsizləşdirilib".

Son xəbərlər

Orphus sistemi