UFC-nin rəhbəri Ağ Evdə mətbuat katibi olmaq istəməyib

Digər ölkələr
  • 08 noyabr, 2026
  • 03:38
UFC-nin rəhbəri Ağ Evdə mətbuat katibi olmaq istəməyib

UFC-nin rəhbəri Dana Uayt ABŞ Prezidenti Donald Trampın Ağ Evin mətbuat katibi vəzifəsini tutmaq təklifini qəbul etməyib.

"Report" CNN telekanalına istinadən xəbər verir ki, bu barədə məlumatlı mənbələr bildiriblər.

Telekanala danışan ABŞ prezidentinin köməkçilərindən biri Trampın özünün "Truth Social" sosial şəbəkəsində yayımladığı təklifin zarafat məqsədi daşıya biləcəyini ehtimal edib.

ABŞ lideri təklif edib ki, Dana Uayt razılıq verəcəyi təqdirdə, Dağıstandan olan döyüşçülər İslam Mahaçev və Həbib Nurməhəmmədov onun köməkçiləri təyin olunsunlar.

Bununla yanaşı, TMZ portalı mənbələrə istinadən yazıb ki, hazırda Londonda olan Uayt noyabrın 9-da Trampla Ağ Evin Oval kabinetində görüşməyi və bu məsələni müzakirə etməyi planlaşdırır.

Qeyd edək ki, ABŞ-da Ağ Evin mətbuat katibi vəzifəsi Keti Zaxariyanın 2026-cı il oktyabrın ortalarında istefasından sonra boş qalıb. O, bu vəzifədə cəmi bir neçə gün çalışıb.