Paşinyan Putinlə Ermənistan-Rusiya münasibətlərinin transformasiyasını müzakirə edəcək

Region
  • 30 noyabr, 2026
  • 00:10
Paşinyan Putinlə Ermənistan-Rusiya münasibətlərinin transformasiyasını müzakirə edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 3-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə danışıqları zamanı iki ölkənin münasibətlərinin transformasiya məsələsini qaldırmaq niyyətindədir.

"Report"un məlumatına görə, Nikol Paşinyan bu barədə Ermənistanın İctimai Televiziyasının efirində bildirib.

"Münasibətlərimizin transformasiyasını müzakirə edəcəyik. Daha dəqiq desək, bizə tətbiq edilən məhdudiyyətləri və sair məsələni", - Paşinyan bildirib.

Onun sözlərinə görə, problemli mövzularla yanaşı, çoxlu konstruktiv mövzular da var.

"Xüsusən, bir sıra iqtisadi sahələr də daxil olmaqla, münasibətlərin dərinləşdirilməsi üçün təkliflər verməyə hazırıq", - Ermənistanın Baş naziri əlavə edib.