İƏT-in Komissiya sədri: “Ağdamda mədəni, dini abidələr çox vəhşicəsinə dağıdılıb”

İƏT-in Komissiya sədri: “Ağdamda mədəni, dini abidələr çox vəhşicəsinə dağıdılıb” “Biz işğal vaxtı dağıdılan mədəni, dini abidələrin bərpası üçün, xüsusi plan hazırladığına görə Azərbaycan hökumətinə minnətdarıq”.
Qarabağ
116
24 Sentyabr , 2021 14:25
İƏT-in Komissiya sədri: “Ağdamda mədəni, dini abidələr çox vəhşicəsinə dağıdılıb”

“İşğal vaxtı dağıdılan mədəni, dini abidələrin bərpası üçün, xüsusi plan hazırladığına görə Azərbaycan hökumətinə minnətdarıq. Qısa müddətdə onların bərpasına başlanılacaq”.

Bunu “Report”a açıqlamasında İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədri Saeed Mohamed Abdullah Omair Alghfeli deyib.

O bildirib ki, bu, komissiyanın faktaraşdırıcı missiyaları çərçivəsində Ağdama ilk səfəridir: “Səfər çərçivəsində baş çəkdiyimiz ərazilərdə müşahidə etdiklərimiz dərin təəssüf hissi doğurur. Burada insanların dini inanclarına qarşı atılan addımlar, mədəni və dini obyektlərin dağıdılmasının hər biri fundamental insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Müşahidə etdiklərimiz bir daha deməyə əsas verir ki, Ağdamda mövcud olmuş mədəni, dini abidələr çox vəhşicəsinə dağıdılıb. Bu bir daha onu göstərir ki, müharibə insan hüquqlarının pozulmasına necə təsir göstərir”.

“Əlavə olaraq onu da qeyd etmək istəyirəm ki, Ağdama gələndə bəzi dağıdılmış kəndləri, qəsəbələri gördük. İnsanların mülkiyyət hüquqlarına nə qədər ziyan vurulmasını müşahidə etmiş olduq. Bu torpaqlardan məcburi köçkün düşmüş insanların nə qədər sarsıntılar keçirdikləri, hansı itkilərə məruz qaldıqlarını birbaşa öz gözlərinizlə gördük”, - Komissiya sədri bildirib.

Son xəbərlər

Orphus sistemi