Fransa senatoru Azərbaycanın media işçilərinin həlak olması ilə bağlı başsağlığı verib

Fransa senatoru Azərbaycanın media işçilərinin həlak olması ilə bağlı başsağlığı verib “Ötən həftə Bakıda səfərdə idim və Ağdamı ziyarət etdim. Minalanmış ərazinin böyüklüyünü gördüm. Ərazi Şimali və Cənubi Koreya arasındakı demilitarizasiya zonasındakından daha çox minalanıb”.
Qarabağ
5 İyun , 2021 02:38
Fransa senatoru Azərbaycanın media işçilərinin həlak olması ilə bağlı başsağlığı verib
Natali Qule

“Ötən həftə Bakıda səfərdə idim və Ağdamı ziyarət etdim. Minalanmış ərazinin böyüklüyünü gördüm. Ərazi Şimali və Cənubi Koreya arasındakı demilitarizasiya zonasındakından daha çox minalanıb”.

“Report” xəbər verir ki, bu sözləri Fransa Senatının və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Natali Qule deyib.

Fransa senatoru dünən Kəlbəcərdə minaya düşərək həlak olan media işçiləri - AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun ailələrinə dərin hüznlə başsağlığı verib.

“Ermənistanın hərbi qüvvələri minaların xəritəsini verməlidir. Beynəlxalq ictimaiyyət və xüsusi olaraq Fransa ermənilərin lehinə olan balanssız siyasətlərini dayandırmalıdır”, - Natali Qule deyib.

O, qeyd edib ki, beynəlxalq ictimaiyyət ədalətli və balanslaşdırılmış siyasətlə Azərbaycan ərazilərinin minalardan təmizlənilməsinə və sülh prosesinə kömək etməlidir.

“Avropalı həmkarlarımdan seçki məsələləri səbəbindən erməni lobbisini dəstəkləmək əvəzinə, öz fikirlərini bildirmək üçün Azərbaycana getmələrini xahiş edirəm”, - Fransa senatoru əlavə edib.

Son xəbərlər

Orphus sistemi