Britaniyalı parlamentarilər gələn ilin əvvəlində Qarabağa səfər edə bilərlər
- 30 oktyabr, 2025
- 16:13
Böyük Britaniyanın Azərbaycan üzrə Partiyalararası Parlament Qrupu (APPG) 2026-cı ilin əvvəlində parlamentarilərdən ibarət nümayəndə heyətinin Qarabağ regionuna səfər etmək imkanını araşdırır.
Bu barədə "Report"a müsahibəsində Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Blekmen bildirib.
O xatırladıb ki, 2023-cü ilin aprelində Britaniya parlamentariləri Azərbaycanın azad edilmiş ərazilərinə səfər edib: "2023-cü ildə Ağdama səfər həqiqətən heyranlıq doğuran təcrübə oldu. İşğal dövründə törədilmiş dağıntıların miqyasını öz gözlərimizlə görmək bərpa işlərindəki irəliləyişlə yanaşı, hamımızda unudulmaz təəssürat yaratdı. Xüsusilə geniş ərazilərin minalardan təmizlənməsi üçün göstərilən səylər ilhamverici oldu".
Onun sözlərinə görə, bu cür səfərlər parlamentarilər üçün mühüm əhəmiyyət daşıyır: "Belə səfərlər bizə Azərbaycanın bu regionların davamlı bərpasına sarsılmaz sadiqliyinə əmin olmaq imkanı verir".
2026-cı il üçün əməkdaşlıq planlarından danışan Britaniya parlamentarisi qeyd edib ki, APPG "yaşıl enerji", münaqişədən sonrakı bərpa və təhsil tərəfdaşlıqları sahəsində əməkdaşlığın inkişafına diqqət yetirməyi planlaşdırır.
Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq mümkündür.